
Bakı Azərbaycan idmançılarının Yerevanda keçiriləcək ağır atletika üzrə Avropa çempionatında iştirakını təsdiqləmir.
Azərbaycan Ağır Atletika Federasiyası bildirib ki, iştirakla bağlı hələ də aydınlıq yoxdur. “Biz Beynəlxalq Ağırlıqqaldırma Federasiyasına və Avropa Ağır Atletika Federasiyasına müraciət etmişik, rəsmi təminat istəmişik, lakin hələlik müraciətimizə cavab almamışıq.
Ona görə də hələ ki, Avropa çempionatında iştirak edib-etməyəcəyimizi dəqiq deyə bilmərik”.
Qeyd edək ki, İştirakın təsdiqlənməsi üçün son tarix aprelin 11-dir” – deyə fFderasiyadan Azərbaycan mətbuatına bildirilib.
Qeyd edək ki, ağır atletika üzrə beynəlxalq dərəcəli hakim Arayik Alaverdyan açıqlamasında Azərbaycanın Yerevanda keçiriləcək ağır atletika üzrə Avropa çempionatında iştirakını rəsmən təsdiqlədiyini bildirib.
Azərbaycan tərəfi də öz idmançılarının təhlükəsizliyini təmin etməyi xahiş edib. Əlavə edək ki, Azərbaycan aprelin 15-23-də Yerevanda keçiriləcək Ağır Atletika üzrə Avropa çempionatında iştirak etmək üçün 5 idmançının namizədliyini irəli sürüb.
Mətn factor.am-ə məxsusdur.







