
Azərbaycanlılar Artsaxa gedən qadın və uşaqları ələ salıb, təhqir ediblər. Bu sözləri Dağlıq Qarabağ Respublikası prezidentinin müşaviri Davit Babayan ötən gün Azərbaycan hərbçilərinin Artsaxa gedən uşaq və qadınların Laçın dəhlizindən keçməsinə icazə vermədiyi hadisəni şərh edərkən deyib. Bu barədə NEWS.am məlumat yayıb.
“Çox xoşagəlməz hadisə baş verib. Bəzilərinin səhhətində problem olan uşaq və qadınların olduğu maşını silahlı azərbaycanlılar saxlayıblar. Sərnişinləri maşından çıxararaq, ələ salmağa, nalayiq ifadələr işlətməyə və hədələməyə başlayıblar.
Nəticədə bir neçə qadının vəziyyəti pisləşib və tibbi yardım tələb olunub. Mən fikirləşirəm ki, azərbaycanlılar bunu xüsusi olaraq ediblər ki, həkimin köməyi lazım olsun. Onlar əvvəlcədən “təcili yardım” çağırmağa hazırlaşıblar, sonra isə bütün dünyaya “insanları xilas etdiklərini” elan ediblər.
Yəni bilərəkdən təhqir edib, qorxudublar. Azərbaycan Artsax xalqına münasibətdə siyasətini dəyişmək haqqında belə düşünməyib. Ermənilərə qarşı nifrət dövlət siyasəti, hətta din səviyyəsinə qaldırılıb. Təbliğat məqsədilə istifadə etmək üçün qadınları hədələmək iyrəncdir. Yenə deyirəm, maşında silahsız uşaqlar və qadınlar, qocalar olub”, – deyə Davit Babayan vurğulayıb.







