BaşlıcaSiyasət

Kopirkin: “Rusiya heç bir tərzdə Ermənistan qarşısında götürdüyü öhdəliklərdən imtina etmir”

Rusiya və Ermənistan arasında təhlükəsizlik sahəsində əməkdaşlıq iki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərindən biri olaraq qalır.

Alınan məlumata görə, bu haqda  Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin “Armeniatoday”ə müsahibəsi ərzində deyib.

Kopirkin bəyan edib ki, Rusiya heç bir şəkildə iki ölkə arasında müvafiq razılaşmalar üzrə üzərinə götürdüyü öhdəliklərdən imtina etmir.

“102-ci hərbi baza fəaliyyətini davam etdirir, sərhədçilərimizin sayı artıb, Ermənistan-Azərbaycan sərhədində yerləşən ərazilərdə müşahidə məntəqələri var.

Təbii ki, Dağlıq Qarabağdakı sülhməramlı qüvvələrimiz regional təhlükəsizliyin təmin olunmasında mühüm amildir. Təəssüf ki, zaman-zaman hərbi qruplaşmanın ünvanına tənqidi fikirlər səsləndirilir.

Lakin bu, Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizliyinin və həyat tərzinin təmin edilməsində əsas amil olduğunu ləğv etmir.

Hətta indi, haçan ki, dəhliz bağlanıb, sülhməramlılar humanitar böhranın qarşısının alınmasında, orada həyati təminat ləvazimatlarının və ərzaqların çatdırılmasında çox mühüm rol oynayırlar.

Rusiyaya qarşı, Rusiya sülhməramlı kontingentinə qarşı müəyyən iddialar irəli sürmək olar, lakin Rusiyanın mövcudluğu faktı təhlükəsizlik və vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün çox vacib amil olaraq qalır, məncə bunlar  sübut tələb etmir” – deyərək Kopirkin bildirib.

İki ölkə arasında hərbi-texniki əməkdaşlıq məsələsinə toxunan Kopirkin bunun həssas və qeyri-ictimai sahə olduğunu vurğulayıb.

“Bu, ənənəvi olaraq ikitərəfli münasibətlərimizin mühüm tərkib hissəsi olub və belə də qalır. Bu sahədə əməkdaşlığı təmin etmək üçün adekvat mexanizmlər mövcuddur.

Birgə təlimlərə gəlincə, ümumiyyətlə, bu, təlimlərin planlaşdırılması ilə bağlı “saatın yoxlanılması” formasıdır.

Bu, müxtəlif səviyyələrdə baş verən kifayət qədər ümumi prosesdir və bildiyimə görə, erməni birləşmələri və mütəxəssisləri belə tədbirlərdə mütəmadi olaraq iştirak edirlər” – deyərək səfir bildirib.

O, əlavə edib ki, Ermənistan Respublikasında Rusiyanın hərbi bazası var, birləşmiş qüvvələr qrupu fəaliyyət göstərir və təbii ki, bu, kifayət qədər müntəzəm olaraq birgə tədbirlər və təlimləri nəzərdə tutur.

“Əlavə etmək istərdim ki, biz hərbi-texniki əməkdaşlıqdan, birgə təlimlərdən danışarkən bunu Ermənistan Respublikasının təhlükəsizliyinin təmin edilməsi faktoru və regionda təhlükəsizliyin qorunması və möhkəmləndirilməsi üzrə ümumi səylərimizin tərkib hissəsi kimi qəbul edirik”- deyərək Sergey Kopirkin qeyd edib.

Daha çox göstər
Back to top button