
Baş nazirin müavini Tiqran Xaçatryan və Baş nazir aparatının rəhbəri Arayik Harutyunyan hökumətdə ABŞ Ticarət Departamentinin İxrac administrasiyası katibinin müavini Tea Rouzman Kandlerin və ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuinnin başçılıq etdiyi nümayəndə heyətini qəbul ediblər.
Həmsöhbətlər Ermənistan-Amerika ikitərəfli ticarət-iqtisadi əlaqələri ilə bağlı məsələləri müzakirə ediblər.
Tərəflər Ermənistan və ABŞ arasında ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, əməkdaşlığın təşviqi imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.







