
Müdafiə nazirinin müavini Arman Sarkisyan Azərbaycanın yeni təxribatlara başlaya biləcəyini istisna etmir.
Alınan məlumata görə, bu haqda Sarkisyan jurnalistlərlə keçirdiyi brifinq ərzində qeyd edib.
“Aprelin 11-də olan insidentlə bağlı bütün məlumatlar dərc olunub. Hazırda vəziyyət sakitdir” – deyə Arman Sarkisyan bildirib.
Azərbaycanın yeni təxribatlara başlamasının mümkün olub-olmaması sualına Sarkisyan belə cavab verib:
“Əlbəttə, heç nəyi istisna etmək mümkün deyil, amma indiki anda Müdafiə nazirliyi nə məlumat verəcəksə, lütfən, onu da nəzərə alın”.







