Başlıcaİctimaiyyət

Erməni-Amerika arzusunu reallaşdırmaqla: Paul İgnatius çoxlarını ilhamlandırdığı kimi

Hərbi Dəniz Qüvvələrində xidmət etməkdən tutmuş icmasına kömək etməyə və insanları ruhlandırmağa qədər, Paul İqnatius hər şeyi edib.

102 yaşında erməni əsilli amerikalı veteran sevinc, ehtiras və xarizma ilə doludur.Bu haqda Fox11 News məlumatlandırıb.

Onun babası 1911-ci ildə Kaliforniyanın Qlendel şəhərində məskunlaşan ilk ermənilərdən biri olub. Ailəsi Ermənistanda, sonra isə İngiltərənin Mançester şəhərində yaşadıqdan sonra günəşli Kaliforniyaya köçüb və Qlendeldə məskunlaşıb.

Paul 1920-ci il noyabrın 11-də anadan olub. O, 1938-ci ildə Huver Liseyini bitirib, sonra Cənubi Kaliforniya Universitetində oxuyub, 1942-ci ildə oranı bitirib.

Qlendeyl hazırda ABŞ-da Los Ancelesdən sonra ikinci ən çox erməni şəhəridir, lakin həmişə deyil ki, belə olub.

İqnatius Fox 11-ə deyib: “Məncə, o vaxt erməni valideynləri ilə məktəbdə oxuyan yeganə uşaqlar qardaşım, bacım və mən olmuşuq”.

Ancaq yeni ölkədə yaşamasına baxmayaraq,onun ailəsi çiçəkləndi və ad-san qazandı. Onun atası və anası incəsənət və musiqidə insanların inkişafına kömək edən Erməni İttifaqı İncəsənət Assosiasiyasını yaradıblar. Atası da San Fernando vadisində qocalar evini təsis etdi.

“Erməni xalqı uzun müddət həm düşmənçilik, həm də yaxşı dövrlərdə həyat sürüb. Erməni tarixinin elementləri, xüsusən 1915-ci ilin dəhşətli dövrü. Bununla belə, biz mədəni töhfələrin bu uzun tarixini davam etdirə bildik”.

Cənubi Kaliforniya Universitetini bitirdikdən sonra İqnatius Hərbi Dəniz Qüvvələrinə qatıldı. İkinci Dünya Müharibəsi zamanı o, Hərbi Dəniz Qüvvələrində leytenant olub və 4 il xidmət edib.

Daha sonra o, Pentaqonda səkkiz il xidmət edib, əvvəlcə ordu katibinin köməkçisi, sonra Müdafiə nazirinin köməkçisi, sonra isə son iki ilini 1967-ci ildən 1969-cu ilə qədər Prezident Lindon B.Consonun  zəmanələrində Hərbi Dəniz Qüvvələrinin katibi vəzifəsində  olub.

İqnatius ABŞ hökumətində ən yüksək vəzifəli erməni-amerikalı idi. O, digər Amerika ermənilərini dövlət xidmətlərində işləməyə təşviq edib.

“Hesab edirəm ki, erməni köklü insanların güclü tərəflərindən biri onların intellektual qabiliyyətləridir. “Onlar keçmişdə və bu gün mədəniyyət nailiyyətlərə öz töhfələrini veriblər”.

Təəccüblüdür ki, 2019-cu ildə ABŞ Hərbi Dəniz Qüvvələri onun şərəfinə qırıcı USS Paul Ignatius adlandırdı.

“Hərbi Dəniz Qüvvələrinin katibi Rey Mabus məni nahara dəvət etdi, biz ordan-burdan danışdıq, yemək bitəndən sonra dedi: “Yeri gəlmişkən, mən gəmiyə sənin adını verməyə hazırlaşıram- deyərək  İqnatius təbəssümlə qeyd edib.

USS Paul Ignatius hazırda İspaniyada yerləşən idarə olunan raket esminesidir(qırıcıdır).

Paul bir çox insanı, o cümlədən Dəniz Qüvvələrində zabit olan nəvəsini ruhlandırdı. Onun nəvəsi Yaponiyadadır və tale baxımından, öz dogma USS Paul Ignatius gəmisindədir.

“Mən ona Pentaqona ekskursiya təşkil etdim və o, ətrafda gəzib bütün bu şəkilləri, o cümlədən mənim donanma katibinin idarəsi qarşısındakı portretimi görərkən vətənpərvərlik  hissini keçirib.Düşünürəm ki, o, bir balaca  onunla maraqlandı”.

Qlendeyldə və Hərbi Dəniz Qüvvələrində olduğu müddətdə İqnatius, şübhəsiz ki, insanlar üzərində hiss ediləcək təəssürat yaratdı.

30-cu Konqresdə Kaliforniyanı təmsil edən nümayəndə Adam Şiff bu yaxınlarda Qlendale Poçt bölməsinə İqnatiusun adını vermək üçün qanun təqdim etdi.

Şiffin qanun layihəsinə görə, 6444 San Fernando Road ünvanındakı poçt şöbəsi “Paul Ignatius Post Office” olacaq. Bura həm də babasının təxminən bir əsr əvvəl ev tikdiyi küçədir.

İqnatius poçt şöbəsinə və 2024-cü ildə açılması planlaşdırılan Erməni-Amerika muzeyinə baş çəkməyə ümid edir.

O, hazırda Vaşinqtonda yaşayır və vaxtının çox hissəsini oxumaqla, məqalələr və kitablar yazmaqla və təbii ki, ailəsi ilə keçirir.

“Mən ləyaqətli həyat sürməyə çalışmışam və öhdəmə götürdüyüm istənilən vəzifəni yerinə yetirmək üçün əlimdən gələni etmişəm”.

Daha çox göstər
Back to top button