
2022-ci ilin yanvar-dekabr aylarında Ermənistandan ixrac 2021-ci ilin eyni dövrü ilə müqayisədə 77,7 faiz artaraq 5 milyard 360,1 milyon dollar təşkil edib. Bu barədə “Ermənistan hökumətinin 2022-ci il üçün proqramının (2021-2026-cı illər) icrasının gedişi və nəticələri haqqında” hesabatda qeyd olunub.
2022-ci ilin dekabr ayında noyabr ayı ilə müqayisədə 5,7 faiz azalma, 2021-ci ilin dekabr ayı ilə müqayisədə isə təxminən iki dəfə, 90,2 faiz artım müşahidə olunub. 2022-ci ilin yanvar-dekabr aylarında ixrac 2 trln. 270,6 milyard dram təşkil edib.
“Bu dövrdə idxal 2021-ci ilin yanvar-dekabr ayları ilə müqayisədə 63,5 faiz artaraq 8 milyard 768,7 milyon dollar təşkil edib. 2022-ci ilin dekabr ayında noyabr ayı ilə müqayisədə idxal 1,6 faiz, 2021-ci ilin dekabr ayı ilə müqayisədə isə 60,2 faiz artıb. İdxal 2022-ci ilin yanvar-dekabr aylarında 3 trilyon 733,4 milyard dram təşkil edib”, – hesabatda bildirilir.







