
Ermənistan üçün vacibdir ki, Azərbaycanla mümkün sülh müqaviləsində həmin müqavilənin müddəalarının qorunub saxlanmasına müvafiq təminatlar sistemi yaradılsın.
Aldığımız məlumata görə, bu haqda Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə jurnalistlərlə söhbətində deyib.
Baş nazir eyni zamanda qeyd edib ki, ümumilikdə bugünkü beynəlxalq vəziyyət elədir ki, heç bir ölkə heç nəyə, o cümlədən öz təhlükəsizliyinə təminat verə bilməz.
Beynəlxalq zəmanət belə təminat olmadığı halda Ermənistan niyə Azərbaycanla sülh müqaviləsi imzalamalıdır sualına Paşinyan belə cavab verib:
“Birincisi, imzalayacağımız hələ fakt deyil. Mən ümid edirəm ki, qaldırdığım məsələlərin həlli çərçivəsində imzalamağa hazıram.
Əgər biz imzalasaq, imzalayırıq çünki imzalamadan hər şeyin bizim istəmədiyimiz kimi olacağına zəmanət verilir.
İmzalananda isə bunun ehtimalı xeyli artır o elə olmayacaq” -deyərək o, həmin zaman neqativ inkişafı halların imzalanmaması ilə eyni olmayacağını açıqladı”.
Baş nazir qeyd edib ki, Azərbaycan indi eyforiya içərisindədir və eyforiya içində olduğu üçün təxribat xarakterli bəyanatlar verir.
Məqsədləri də ondan ibarətdir ki, Ermənistan Respublikası bu təxribata boyun əyib, Azərbaycanın nəzərdə tutduğu plana uyğun gəlsin. Və bu plan, onun fikrincə, məşhur və ictimaidir.
O, vurğulayıb ki, XİN-in ötən gün verdiyi açıqlama da Azərbaycan tərəfinin bu təxribatçı bəyanatlarına cavabdır və özü də, imkan daxilində onlara reaksiya verəcək.







