
Azərbaycan 4 aydan artıq öz agentləri vasitəsilə Artsaxı qeyri-insani blokadada saxladıqdan sonra aprelin 23-də Laçin dəhlizində, Hakar çayı üzərindəki körpünün üzərində qanunsuz olaraq nəzarət-buraxılış məntəqəsi qurdu. Növbəti dəfə vurğulamaq istəyirik ki, Laçın dəhlizinə nəzarətin yaradılması istiqamətində Azərbaycanın atdığı addımlar 9 noyabr 2020-ci il üçtərəfli bəyanatının 6-cı bəndinə ziddir. Bu barədə Artsax XİN-in bəyanatında deyilir.
“Atəşkəs əldə olunduqdan bəri Azərbaycan dəfələrlə 9 noyabr 2020-ci il tarixli bəyanatın demək olat bütün müddəalarını pozub. Lakin Azərbaycan tərəfinin keçid məntəqəsinin yaradılması ilə bağlı rəsmi bəyanatı Bakının bu sənədlə götürdüyü öhdəliklərdən imtina etmək niyyətini göstərir.
Bu kontektsdə biz həm beynəlxalq ictimaiyyətdən, həm Üçtərəfli bəyanatının tərəflərindən, həm də ilk növbədə bəyanatın icrasının qarantı olan Rusiya Federasiyasından Azərbaycan keçid məntəqəsinin quraşdırılmasının qarşısının alınması, Laçin dəhlizinin açılması, Üçtərəfli bəyanatda Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi və Artsax xalqının fiziki təhlükəsizliyinin təmin edilməsi istiqamətində birmənalı və adekvat reaksiya və təsirli addımlar gözləyirik.
Azərbaycan rəhbərliyi öz soyqırım əməllərini nəinki gizlətmir, hətta bu barədə əvvəlcədən də elan edir.
Maraqlıdır ki, Azərbaycan tərəfindən Artsax xalqının hüquqlarının kütləvi şəkildə pozulması Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması istiqamətində beynəlxalq vasitəçilərin səylərinə və bəyanatları şəraitində həyata keçirilir.
Üçtərəfli bəyanatın iştirakçısı olmayan, lakin beynəlxalq sülh və təhlükəsizliyə, o cümlədən etnik təmizləmə və soyqırımın qarşısının alınmasına cavabdeh olan dövlətlərin adekvat reaksiya verməməsi, Azərbaycanın qeyri-qanuni tələblərinin müzakirəsi ilə bağlı təklifləri Azərbaycanın soyqırım siyasətinə icazə vermək bərabərdir.
Üstəlik, Azərbaycanın qeyri-qanuni iddialarının müzakirəsi ilə bağlı istənilən təklif onları qanuniləşdirmək cəhdidir və faktiki olaraq Bakının kriminal gündəmini dsətəkləməyə xidmət edir.
Yaradılmış vəziyyətdə BMT Təhlükəsizlik Şurası tərəfindən Azərbaycanın soyqırımı siyasətinin qarşısının alınması üçün qətiyyətli addımlar atılması zəruridir. Biz BMT Təhlükəsizlik Şurasının üzvü olan dövlətlərdən BMT Nizamnaməsi və beynəlxalq hüquq çərçivəsində öz öhdəliklərini yerinə yetirmələrini və Azərbaycanın Artsaxın etnik təmizlənməsi və xalqının məhv edilməsi kimi cinayətkar siyasətinə son qoymasını tələb edirik”,- deyə bəyanatda qeyd olunur.







