ArtsaxBaşlıca

Bu an taleyüklüdür, təkcə Artsax üçün deyil, həm də erməni dövlətçiliyi üçün olmaq- olmamaq məsələsidir: Arayik Harutyunyan

Aprelin 24-də Artsax Respublikasının Prezidenti Arayik Harutyunyan Soyqırımı Qurbanlarının Anım Günü münasibətilə müraciət göndərib:

“Əziz həmvətənlər,

Hər il aprelin 24-də Erməni Soyqırımının günahsız qurbanlarını, sırf erməni olduqları üçün türk qırğınının qurbanı olmuş 1,5 milyon müqəddəs şəhidlərimizi ölkə miqyasında yad edir və anırıq.

Bəşəriyyətə qarşı bu dəhşətli cinayətin məhdudiyyət müddəti yoxdur. Və bu, bütün sivil dünya tərəfindən tanınıb pislənməyənə qədər biz bütün dünyada yeni soyqırım təzahürlərinin şahidi ola bilərik.

Bu gün Artsax Türkiyə-Azərbaycan ermənilərə qarşı nifrət və soyqırım siyasətinin yeni və real təhlükələri ilə üz-üzədir. Mets Yeğerndən 108 il keçməsinə baxmayaraq, ermənilər öz vətənlərində azad və müstəqil yaşamaq, hüquq və azadlıqlarını, milli maraq və ləyaqətlərini qorumaq üçün  mübarizəni davam etdirirlər.

Artsaxın 120 min mülki əhalisini, on minlərlə uşaq və qocanı 134 gün blokadada saxlamaqla, beynəlxalq hüququn bütün norma və prinsiplərini pozaraq, beynəlxalq ictimaiyyətin müraciətlərinə və BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin qərarına məhəl qoymadan, Azərbaycanın diktator hakimiyyəti xalqımızı diz çökdürməyə çalışır.

Bununla belə, biz qətiyyətliyik ki, Artsaxı həmişə erməni və əlçatmaz saxlasın. Bizim alternativimiz yoxdur. Ermənilər yenidən vətənlərini itirə, sürgünə düşə, dünyaya yayıla bilməzlər. Biz keçmişdən dərs götürməli və erməni xalqının gələcəyini bu gün və burada birgə qurmalıyıq.

Bu an taleyüklüdür, söhbət təkcə Artsax üçün deyil, həm də erməni dövlətçiliyi üçün olmaq-olmamaq məsələsidir. Bu gün hər zamankından daha çox sözdən hərəkətə keçməliyik. Artsaxın yanında olmaq və yeni milli faciələrin və uğursuzluqların qarşısını almaq üçün milli məsuliyyət, ləyaqət və tələb anıdır.

Ona görə də Vətənə, dünyadakı ermənilərə və xarici dostlara arxalanaraq, bütün təşkilatlardan və mərhəmətli şəxslərdən xahiş və çağırış edirik ki, Artsax xalqının müdafiəsində, erməni milli maraqları və ümumbəşəri dəyərlər naminə bütün mümkün vasitələrdən istifadə etsinlər”.

Daha çox göstər
Back to top button