
Ermənistan Vaşinqtonda davam edən danışıqlardan mümkün olan ən yüksək gözləntilərə malikdir. “Armenpress”in məlumatına görə, bunu jurnalistlərlə söhbətində ER Parlamentinin “Mülki müqavilə” fraksiyasının deputatı Arman Yeğoyan deyib.
“Danışıqlar Ermənistan-Azərbaycan münasibətlərinin bütün spektrini, bütün həll olunmamış məsələləri əhatə edir. Və təbii ki, bütün bu məsələlərdə razılığa gəlmək üçün hər şey ediləcək”, – deyə Yeğoyan qeyd edib ki.
Yeğoyan onu da əlavə edib ki, Ermənistan və Azərbaycanın öz təklifləri ilə mütəmadi olaraq bir-birinə ötürdükləri sənədin adı “Münasibətlərin tənzimlənməsi haqqında razılıq”dır. Yeqoyan sənədin məzmununu açıqlamayıb.







