
Ermənistan avqustun 21-dək Azərbaycanın iddiası ilə bağlı BMT-nin Beynəlxalq Məhkəməsinə əks arqumentlər təqdim edə bilər. Bu barədə məhkəmənin rəsmi məlumatında bildirilir.
Aprelin 21-də Azərbaycan bu işə ilkin etirazlarını təqdim edib. Bundan sonra məhkəmənin nizamnaməsinə əsasən, Ermənistan Azərbaycanın etirazları ilə bağlı öz əks arqumentlərini təqdim edənə qədər işin mahiyyəti üzrə araşdırılması dayandırılıb.
Bundan sonra məhkəmə əvvəlcə tərəflərin arqumentlərini araşdırmalı, sonra iddianın mahiyyəti üzrə dinləmələrə davam etməlidir.
Bu mərhələ 4 aya qədər davam edə bilər, yəni Ermənistan avqustun 21-dək Azərbaycanın etirazlarına münasibət bildirməlidir.
Xatırladaq ki, fevralın 22-də BMT Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın müvəqqəti tədbirin tətbiqi ilə bağlı vəsatətini təmin edib və Azərbaycanı yekun qərara qədər Laçın dəhlizi ilə hər iki istiqamətdə vətəndaşların, nəqliyyatın və yüklərin fasiləsiz hərəkətini təmin etməyi öhdəsinə götürüb.
“Ermənistan Azərbaycana qarşı” iddiası üzrə: Azərbaycan həmin qərarı icra etmir.







