BaşlıcaSiyasət

Azərbaycan Ermənistanın ərazi bütövlüyünü qəbul etsə də, bu, aktiv və əməli addımlarda görünmür: Armen Xaçatryan

Azərbaycan Ermənistanın ərazi bütövlüyünü qəbul etdiyi kimi Ermənistan da Azərbaycanın ərazi bütövlüyünü qəbul edir. Bunu parlamentin “Mülki müqavilə” fraksiyasının deputatı Armen Xaçatryan mayın 8-də “Yerablur” panteonunda jurnalistlərlə söhbətində qeyd edib.

“Azərbaycan bunu qəbul etsə də, bu, aktiv və əməli addımlarda görünmür. Dağlıq Qarabağ məsələsi tamam başqa məsələdir, tamam başqa formatdadır. DQ əhalisinin təhlükəsizliyi və yaşayış təminatı məsələsi başqa məsələdir. Bu, beynəlxalq platformalarda müzakirə olunmalıdır. Hər şey edilməlidir ki, Dağlıq Qarabağ təhlükəsiz olsun və orada əhalinin təhlükəsizliyi ilə bağlı heç bir problem olmasın.

Bütün bu məsələlər danışıqlarda uzunmüddətli müzakirə olunan məsələlərdir. Bu, Ermənistanın müqaviməti, bir sıra geosiyasi dəyişikliklərlə bağlıdır, lakin hər halda, DQ əhalisinin təhlükəsizlik səviyyəsini təmin etmək üçün hər şey edilib və ediləcəkdir. Hamınız bilirsiniz ki, onlar mühasirədədirlər, Azərbaycan hər cür təxribat törətməyə çalışır, etnik təmizləmə planını həyata keçirir”.

Daha çox göstər
Back to top button