
airBaltic aviaşirkəti 12 illik fasilədən sonra Riqa-Yerevan-Riqa marşrutu üzrə uçuşları bərpa edir.
Jurnalistin “Zvartnots” hava limanının yaydığı məlumatda bildirilir ki, 2023-cü il mayın 17-dən Latviyanın “airBaltic” milli aviadaşıyıcısı 12 illik fasilədən sonra Riqa-Yerevan -Riqa marşrutu üzrə uçuşları bərpa edəcək. Uçuşlar hər çərşənbə və bazar günləri həyata keçiriləcək.
Qeyd olunur ki, airBaltic aviaşirkətinin donanması yeni Airbus A220-300 təyyarələri ilə təchiz edilib.







