
Rusiya əlbəttə ki Cənubi Qafqazda statusunu və təsirini qorumaq istəyir və bu baxımdan sülhməramlılar məsələsi ortaya çıxır. Bunu MDB ölkələri İnstitutunun Ermənistan şöbhəsinin direktoru Aleksandr Markarov bildirdi.
“Yəni, əgər Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması nəticəsində Artsax Azərbaycan tərkibində qalırsa və Artsax ermənilərinin hüquqları Azərbaycan dövləti tərəfindən qorunursa, o zaman sülhməramlıların mandatı nə olacaq və onlar öz missiyalarını necə davam etdirə bilərlər?
Təbii ki, Rusiya Cənubi Qafqazda öz təsirini saxlamaq istəyir, lakin bunun üçün ona həmin təsirin saxlanmasını təmin edəcək alətlər və mexanizmlər lazımdır. Mexanizmlərdən biri sülhməramlıların mövcudluğudur, Ermənistanla münasibətlərdə isə iqtisadi əməkdaşlıq və Rusiya hərbi bazasıdır”,-Markarov deyib.
Onun sözlərinə görə, təsir mübarizəsi olanda həmin mübarizədə kimin təsir mexanizmləri daha çox varsa, o daha yaxşı vəziyyətdə olur.
“Hazırda Rusiyanın əsas diqqəti Ukraynaya yönəlib, lakin Cənubi Qafqazı unudduqlarını söyləmək yəqin ki, çətin olar, çünki onlar da anlayırlar ki, Cənubi Qafqazda öz təsirlərini azaltmaqla gələcəkdə öz sərhədləri yaxınlığında deyil, öz dövlətləri daxilində problemlərlə üzləşə bilərlər”,- politoloq vurğuladı.







