
Mayın 19-da Moskvada Ararat Mirzoyan, Sergey Lavrov və Ceyhun Bayramov arasında görüş keçiriləcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirdi.
“Mayın 19-da Moskvada Ararat Mirzoyan, Sergey Lavrov və Ceyhun Bayramov arasında görüş keçiriləcək. Bundan başqa, ermənistanlı və azərbaycanlı həmkarları ilə üçtərəfli görüşdən əlavə ikitərəfli görüşləri də baş tutacaq”,- Zaxarova bildirdi.
O qeyd edib ki, görüş zamanı Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının açılması, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası, Bakı ilə Yerevan arasında sülh müqaviləsinin hazırlanması, üçtərəfli razılaşmaların həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunacaq.







