
İtaliya-Ermənistan Parlament Dostluq qrupu Ermənistanın İtaliyadakı səfiri Tsovinar Hambardzumyanın iştirakı ilə Deputatlar palatasının Büstər zalında ilk iclasını keçirib.
Ermənistanın İtaliyadakı səfirliyinin “Facebook” səhifəsindən verilən məlumata görə, müzakirə olunan məsələlər arasında parlament diplomatiyasının əhəmiyyəti, beynəlxalq arenada əməkdaşlıq, Avropa qanunvericiliyinin tətbiqi və hər iki dövlətdə qanunvericilik sahələri ilə bağlı məsələlər olub.
“Qədim sivilizasiyalar əsasında formalaşmış ortaq tarixi köklərə malik iki ölkə əsrlər boyu çoxlu əlaqələrə malik olub. Çoxsaylı erməni İtaliyada məskunlaşaraq ölkənin müxtəlif yerlərində erməni icmasının müstəmləkələrini formalaşdırıb”- deyərək məlumatda qeyd olunur.
“Görüş zamanı bir sıra iddialı layihələr müzakirə olunub ki, onların məqsədi qardaşlaşma proqramı çərçivəsində İtaliya və Ermənistan parlamentləri arasında ikitərəfli əməkdaşlığı daha da dərinləşdirmək və gücləndirməkdir”- deyə “Leqa”nı partiyasını təmsil edən deputat, İtaliya-Ermənistan Parlament Dostluq Assosiasiyasının Maliyyə Komitəsində fraksiya rəhbəri Julio Centemero bildirib.







