
İsrail Müdafiə nazirliyinin icraçı direktoru bəyan edib ki, İsrail öz texnoloji nailiyyətlərindən hərbi məqsədlər də daxil olmaqla, süni intellekt (AI) sahəsində “fövqəlgüc” olmaq üçün istifadə etmək, o cümlədən hərbi niyyətlərl məqsədini güdür.
Bu barədə “Reuters” məlumatlandırıb. “Süni intellektin sürətlə inkişaf etdirilməsi üçün atılan addımlar arasında nazirlikdə xüsusi hərbi robototexnika təşkilatının yaradılması və müvafiq tədqiqat və inkişaf üçün bu il rekord yüksək büdcə ayrılması daxildir” – deyərək ordunun istefada olan generalı Eyal Zamir bildirib.
O, GPT (Generative Pretrained Transformer) və AGI (Süni Ümumi İntellekt) mülki süni intellekt sənayelərinin üzərində işlədiyi və nəticədə hərbi tətbiqlərə malik ola biləcəyi dərin tədqiqat sahələri kimi adlandırdı.
“Süni intellektə döyüş meydanında müharibənin simasını dəyişdirəcək növbəti inqilab kimi baxanlar var” – deyərək Zamir bildirib.
Onun sözlərinə görə, missiya “İsraili süni intellektin fövqəldövlətinə çevirmək və bu kluba daxil olan çox məhdud sayda dünya dövlətlərinin lideri olmaq”dır.
Xatırladaq ki, mətn factor. am-ə aiddir.
© factor.am







