
Ermənistan Brüsseldə qeydə alınan razılaşmanı bir daha təsdiqləyir və müvafiq olaraq Azərbaycanın 86,6 min kvadrat kilometr ərazini tanıyır və Azərbaycanın da Ermənistanın 29,8 min kvadrat kilometr ərazisini tanıdığını bir daha təsdiqləyəcəyini gözləyir.
Bu haqda Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə hökumət üzvləri ilə sual-cavab iclasında qeyd edib..
“KP” fraksiyasından olan Hripsime Qriqoryan Ermənistanın niyə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və konkret ərazi ölçülərini qeyd etməsini soruşdu.
“Yaxud niyə 86,6 min və 29,8 min, çünki oradan növbəti sual yaranır. Bizim tanıdığımız o ərazi bütövlüyü hansıdır?
Azərbaycanın çox açıq bəyanatı var ki, Ermənistan onun ərazi bütövlüyünü tanımır, yəni Azərbaycanın 86,6 min kvadrat kilometr ərazisi var. O deyir ki, əgər Ermənistan onun ərazisini tanımırsa, deməli,özləri də Ermənistanın 29 min 800 kvadrat kilometr olduğunu tanımır.
Və bu çıxış beynəlxalq ictimaiyyət qarşısında edilir.Və haçan ki, Azərbaycan ardıcıl şəkildə ER üzərinə hücum edərkən və əlbəttə ki, bizim beynəlxalq ictimaiyyətlə dialoqumuz olur, onlar da deyirlər ki, Ermənistan onların ərazi bütövlüyünü tanımır, və hücuma məruz qaldıqlarını deyirlər.
Tutaq ki, ER Azərbaycanın ərazi bütövlüyünü tanımır və Azərbaycan hücum edərsə, KTMT gəlib Ermənistanın yanında olacaq. Bu hücumlar zamanı və ondan sonra KTMT deyib: “Mən gəlib sizinlə yan-yanaşı olacağam, amma 30 nəfər çox güclü müşahidəçi göndərəcəyəm” – deyə Baş nazir qeyd edib.
Paşinyan qərarın verilməli olduğunu vurğulayıb. “Biz deyə bilərik ki, Azərbaycanın 86,6 min kvadrat kilometrini tanımırıq və bizim fikrimizcə Azərbaycanın 86,6 min kvadrat kilometr yox, 45,7 min kvadrat kilometrdir.
Deyəcəklər ki, Ermənistan 29,8 min kvadrat kilometr deyil, 8700 kvadrat kilometrdir. Bəli, bu tribunadan mən Brüsseldə təstiq olunan şərtləşməni təstiq edir və deyirəm ER Azərbaycanın 86,6 min kvadratkilometrini tanıyır və Azərbaycan da Ermənistanın 29,8 kvkm ərazisini tanıyır”- deyərək Baş nazir qeyd edib.
O, əlavə edib ki, kimlər ki,Azərbaycanın 86,6 min kvadratkilometr yox, X rəqəmi olduğunu deyirlər, eyni zamanda onlar ER 29,8 min kvadrat kilometr yox, X rəqəmi olduğunu deyirlər.







