
Nikol Paşinyan keçirdiyi mətbuat konfransında Azərbaycanın ərazi bütövlüyünün tanınması, 1975-ci ilin xəritəsi əsası üzərində demarkasiya və delimitasiya keçirmək və bir-birilərinin ərazi bütövlüyünü tanınması ilə bağlı mötərizələr açıb.
Tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıdığı 1975-ci il xəritələrində anklavlar da yer alıb: “Artsvaşen də 29 min 800-də yerləşir. Bu hesablamalara görə, anklavlar 86 min 600-ə daxildir.
Bu, siyasi qərardır, amma məsələnin hüquqi tərəfi hələ nəzərə alınmalı və baxılmalıdır”- deyə Paşinyan qeyd edib
Faktor TV-yə müsahibə verən kartoqraf-coğrafiyaşünas Ruben Qalçyan Ermənistanda üç azəri yaşayış məntəqəsinin olduğunu, ikisinin Tavuşda olduğunu və 1936-cı ildə Moskvanın qərarı ilə Azərbaycana verildiyini, onlardan birisi də Tiqranaşendir o da Moskvanın qərarıyla 1939-cu ildə Bakıya verilib.
“Mən arxiv mütəxəssisləriylə danışmışam.Onlardan heç birinin bu anklavların necə əmələ gəldiyi barədə məlumatı yoxdur. Yəni anklavların necə formalaşdığına dair heç bir hüquqi sənəd və qərar yoxdur.
Moskva bir xətt çəkib Azərbaycan və Ermənistana verib. Onların anklav olduğunu deyirlər. Azərbaycan yaşayış məntəqələrini geri qaytarmalıdır.”
Əgər Azərbaycan anklavlarını qaytarmalı məcburiyyətində olsaq, qəsəbələri bağlayacağıq, Azərbaycan Artsaxa gedən yolu bağladığına görə giriş-çıxışına icazə verməyəcəyik.
Anklavları verməli olsaq, Azərbaycanın qarşısındakı anklavların yolunu da bağlayacağıq. Belə problemlərin yaşanmaması üçün ən doğrusu mübadilə etmək, yəni mövcud vəziyyəti saxlamaqdır”- deyərək mütəxəssis qeyd edib.
Mətn factor.am-ə məxsusdur.







