
Bu ilin ilk beş ayının məlumatına görə, Ermənistana təxminən 806 min turist səfər edib.
Bu barədə ER iqtisadiyyat naziri Vahan Kerobyan öz Facebook səhifəsində yazıb.
“Ermənistanda turizm hazırda kifayət qədər yaxşı inkişaf edir və ilk beş ayın məlumatına görə, bizdə təxminən 806 min turist var, lakin deməliyəm ki, daxili turizm də çox vacibdir”, – Kerobyan yazıb.







