
ER Prezidenti Vahagn Xaçaturyan Ermənistanın Almaniyadakı səfirliyində yerli erməni icmasının nümayəndələri ilə görüşüb.
Görüş zamanı prezidenti regional reallıqlar və Qarabağ probleminin hazırkı ümumi vəziyyəti haqqında ətraflı məlumat verdi.
Prezident çıxışında vurğulayıb ki, Ermənistan regionda sülhün bərqərar olması və qonşuları ilə münasibətlərin tənzimlənməsi istiqamətində siyasi xətt qəbul edib.
“Bu şəraitdə Azərbaycan hər gün müxtəlif üsullarla təxribatlar törətsə də, bu saatdə orada atəş açsa da, biz vəziyyəti birtəhər sabitləşdirə bilmişik. Bizim strategiyamızda qonşularla qonşuluqda yaşamaq planı var, biz ancaq müdafiə problemini qoyuruq. Bugünkü iqtidarın qarşısında duran əsas vəzifələrdən biri də o istiqamətdə ciddi işlər görməkdir, bu, bütün müdafiə sistemini və strategiyasını dəyişmək, orduda ciddi islahatlar aparmaq, ordunu müasirləşdirə bilmək deməkdir”.







