ArtsaxBaşlıcaSiyasət

Fransalı siyasətçilər Dağlıq Qarabağı dəstəkləməyə çağırıblar

Fransa “Respublika” Partiyasından olan 170-dən çox deputat, senator və regional hakimiyyət orqanlarının seçilmiş rəhbərləri, o cümlədən Fransa Senatının sədri Jerar Larşe, O dı Frans Region Şurasının sədri Ksavye Bertran, İl dı Frans Region Şurasının sədri Valeri Pekres, Overn Ron Alp Region Şurasının prezidenti Loran Vokye, Kann şəhərinin meri, Fransa Merləri Assosiasiyasının prezidenti David Lisnar, Fransa Senatındakı əksəriyyət “Respublikaçılar” fraksiyasının prezidenti, Senatda Dağlıq Qarabağ üzrə beynəlxalq maarifləndirmə qrupunun prezidenti, Fransa Parlamentinin “Respublikaçılar” fraksiyasının prezidenti Bruno Rtayo, “Respublikaçılar” Partiyasının sədr müavini Olivye Marlen, Avropa Parlamentinin deputatı Fransua-Ksavye Bellami, “Respublikaçılar” Partiyasının əsdri Erik Sioti və başqaları “Dağlıq Qarabağın planlaşdırılmış sonunun” və həmin ərazinin erməni əhalisinə qarşı qırğın riskinin qarşısını almaq üçün kollektiv çağırışla çıxış ediblər.

Qeyd olunur ki, Azərbaycan altı aydır Dağlıq Qarabağ Respublikasının işğal olunmamış hissəsinin qeyri-insani blokadaya alıb. Bununla 120.000 ermənini aclıqdan öldürmək və ölkədən qovmaq kimi açıq-aydın ambisiyaya əl atıb.

“Biz Fransa Respublikasının Prezidentinə rəsmi müraciət edirik. Fransa müdaxilə edə bilər, Fransa müdaxilə etməlidir. Biz bunu etməyə borcluyuq, çünki həm Ermənistan, həm də Dağlıq Qarabağ erməniləri avtoritar, hətta diktator dövlətlərin istisnasız hökm sürdüyü regionda nəinki demokratik dəyərləri təcəssüm etdirir, həm də bizim üçün ümumi xristian mədəniyyətinin qorunma rolunu öz üzərinə götürüblər. Bizim bunu etmək məcburiyyətindəyik, çünki bu, 2005-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası qarşısındakı öhdəliyimizdən irəli gələn qoruma məsuliyyətimizdən irəli gəlir.

Davam edən danışıqlara yenidən baxılması üçün BMT Təhlükəsizlik Şurasını yenidən çağırmaqla müdaxilə edə bilərik və etməliyik. Çünki bu danışıqları Kişinyovdan əvvəlki kimi qəbul etmək, yəni bir vaxtlar Kilikiya ermənilərini tərk etdiyimiz kimi, Dağlıq Qarabağ ermənilərini yenidən tərk etmək məsuliyyətini Fransadan və Qərbdən götürməsi qaçılmaz müharibəyə, Ermənistanda və regionda sabitliyin pozulmasına razılıq demək olardı. Və bu isə hamımız üçün təhlükəlidir.

Ona görə də Təhlükəsizlik Şurası öz qətnaməsi ilə belə bir fakt qoymalıdır ki, bu danışıqların ilkin şərti Dağlıq Qarabağ ermənilərinə qarşı hər hansı etnik təmizləmə prosesinin istisna olunmasının mütləq təminatı olmalıdır. Bu həmin qətnamə Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyin etmək hüququ prinsipi onların yaşamaq və ləyaqət kimi fundamental hüquqlarının əsas təminatı kimi müəyyən etməlidir.

Dağıdıcı və ekspansionist qüvvələrin irəliləyiş əldə etdiyi bir dünyada Fransa Ermənistan-Azərbaycan danışıqlarında balansın bərpası üçün təşəbbüs göstərə bilər və göstərməlidir”,- bəyanatda deyilir.

Daha çox göstər
Back to top button