
Bu ilin iyununda Artsaxda misli görünməmiş yağış suları enerji böhranını müəyyən dərəcədə yumşaldır, lakin hazırda elektrik enerjisinin əsas mənbəyi olan Sarsang su anbarının keçmiş ehtiyatlarını bərpa edə bilmir.
Bu barədə “Armenpress”in müxbiri ilə söhbətində Artsaxın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat katibi Tatevik Xaçatryan bildirib.
“Su anbarının həcminin bərpası o halda mümkün olacaq ki, Azərbaycan Ermənistan Respublikasından Artsaxa verilən elektrik enerjisinin bərpasına mane olmağı dayandırsın. Belə olan halda, biz su anbarının resurslarından böyük həcmdə istifadə etməli olmayacağıq və təxminən bir il ərzində əvvəlki həcm bərpa olunacaq”, – deyə Xaçatryan əlavə edib․
Həmsöhbətimizin sözlərinə görə, Rusiya sülhməramlı qoşunları vasitəsilə məhdud humanitar yüklərin daşınması ehtimalı olduğu halda, hökumət alternativ enerjidən istifadə proqramını həyata keçirməyi planlaşdırırdı, lakin bir neçə gün əvvəl Azərbaycanın növbəti təxribatı nəticəsində Artsax tam blokada altındadır ki, bu da lazımi avadanlıqların idxalını qeyri-mümkün etdi. Vəziyyət belə davam edərsə, enerji böhranı gözləniləndən daha ağır ola bilər.







