BaşlıcaSiyasət

Maykl Rubin:  “Əliyev dəyişib, daha idarəolunmaz olub: onun trayektoriyası Səddam Hüseynin trayektoriyasına bənzəyir”

Azərbaycan prezidenti Əliyev son on ildə dəyişib və daha idarəolunmaz olub. Deyərdim ki, onun trayektoriyası Səddam Hüseynlə gördüklərimizlə demək olar ki, eynidir.

Bu haqda  Ermənistanda faktaraşdırıcı missiyada iştirak etmiş American Enterprise İnstitutunun baş elmi işçisi Maykl Rubin iyunun 21-də Tom Lantos İnsan Haqları Komissiyasında Dağlıq Qarabağ əhalisinin müdafiəsi ilə bağlı keçirilən dinləmələr zamanı deyib.

Maykl Rubin Bakıya bütün yerli dəstəyi dayandırmağa çağırıb. O vurğulayıb ki, İlham Əliyevin Ermənistana qarşı ərazi ambisiyaları var və bunu sırf ritorika kimi qiymətləndirmək olmaz.

Rubinin fikrincə, Azərbaycanla əməkdaşlığı məhdudlaşdırmağın digər səbəbi bu ölkənin korrupsiyasıdır.

“Azərbaycan yer kürəsinin ən korrupsiyalaşmış ölkələrindən biridir. Geniş resurslarına baxmayaraq, Azərbaycanda adambaşına düşən gəlir eyni enerji resurslarına malik olmayan Gürcüstan və Ermənistandan aşağıdır.

Sadəcə olaraq, milyardlarla dollar Əliyevin hesabına gedir”- deyə  o, qeyd edib.

Rubin həmçinin əmin olduğunu bildirib ki, bu ölkədə hətta məktəblərdə ermənilərə nifrətin təbliğ olunduğu müddətdə Azərbaycanla davamlı sülhdən danışmaq mənasızdır.

Daha çox göstər
Back to top button