
Artsax Respublikasının keçmiş dövlət naziri Ruben Vardanyan azərbaycanlıların törətdiyi son təxribata toxunub. O qeyd edib ki, o ölkənin hakimiyyəti öz məqsədlərini açıq şəkildə ortaya qoyur, onlar Artsaxın müdafiə ordusunu, dövlət qurumlarını məhv etmək, eyni zamanda, 120.000 ermənini aclıqdan öldürmək və çıxılmaz vəziyyətə salmaq istəyirlər.
“Mən dəfələrlə bəyan etmişəm ki, həm Rusiya sülhməramlılarının, həm beynəlxalq tərəfdaşların, həm də Ermənistan və Artsax hakimiyyətlərinin belə təhlükəli ssenarinin qarşısını almaq üçün aydın görüləcək işləri var. Amma Artsaxda yaşayanların, bizim addımlarımızdan da danışmaq istəyirəm. Bizə nə qədər tək olduğumuzu düşünsək də, vəziyyət nə qədər ümidsiz və çətin görünsə də, sadəcə bilin ki, mübarizə aparsaq, təslim olmasaq, özümüz və uşaqlarımız üçün Artsaxda layiqli həyatı təmin edə biləcəyik.
Son otuz ildə Artsax çox çətinliklər görüb, burada yaşayan insanların çoxu üç müharibə, ağrı, insan itkisi, vəhşilik görüb, lakin Artsaxda bütün bunlara müqavimət göstərməyə kömək edən inanılmaz bir güc var.
Bu gün həqiqətən də Azərbaycanın cinayət planının həyata keçirilməsinin qarşısını almaq üçün hər birimizdən fövqəlbəşəri səylərə, müstəsna sayıqlığa və ayıqlığa ehtiyacımız var.
Bu gün daha dörd gənc həyatını itirdik. Biz yaşayanlar onlara borcluyuq. Bizim borcumuz onların işini davam etdirmək və Artsaxı erməni saxlamaqdır”,- Vardanyan qeyd edib.







