Artsaxda Azərbaycan məhsullarının satışı ilə bağlı məlumat yalandır, həbs olunan var:MTX

İyunun 28-də internet sosial şəbəkələrinin birində dərc olunmuş yazıda qeyd edili ki, Stepanakertdə Azərbaycan məhsulları satılır.
Artsax Respublikasının Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, sözügedən nəşrlə bağlı həyata keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində məlum olub ki, nəşri yerləşdirmiş istifadəçi hesabından Stepanakert şəhər sakini G.P. istifadə edir və başlanmış cinayət araşdırması nəticəsində sonuncunun yerləşdirdiyi nəşrdən yaranan halların reallığa uyğun gəlmədiyi müəyyən edilmişdir.
Həmin gün Artsax Respublikasının Milli Təhlükəsizlik Xidməti tərəfindən Artsax Respublikası Cinayət Məcəlləsinin 321.4-cü maddəsi və 236-cı maddəsinin 2-ci hissəsinin 1-ci bəndi ilə cinayət işi başlanmışdır. G.P. həbs edilib.







