BaşlıcaSiyasət

ER XİN:  “Mirzoyanla Bayramov müqavilənin bir neçə maddəsi üzrə razılığa gəliblər”

İyunun 27-29-da Virciniya ştatının Arlinqton şəhərində Corc Şults adına Milli Xarici İşlər üzrə Təlim Mərkəzində Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov arasında ikitərəfli danışıqlar aparılıb.

 Xarici işlər nazirləri Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinken və ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüblər.

Nazirlər və onların komandaları “Sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair” ikitərəfli saziş layihəsi üzərində irəliləyişi davam etdiriblər.

Saziş layihəsinin daha bir neçə maddəsi üzrə razılığa gəliblər və qarşılıqlı anlaşmada irəliləyiş qeydə alınıb, eyni zamanda, bir sıra əsas məsələlər üzrə mövqelərin əlavə iş tələb etdiyini qeyd ediblər.

Hər iki nazir Ermənistan və Azərbaycan arasında danışıqlara ev sahibliyi etdiyinə görə Amerika tərəfinə minnətdarlıqlarını bildirmiş və danışıqların davam etdirilməsinə sadiq olduqlarını qeyd etmişlər.

Daha çox göstər
Back to top button