Başlıcaİctimaiyyət
Azərbaycanda oğurlanmış erməni hərbçiləri “lazımi” ifadələr verməyə məcbur olublar

Azərbaycanda qaçırılan erməni hərbçilər Harutyun Hovakimyan və Karen Ğazaryan “lazımi” ifadələr verməyə məcbur olublar.
Xəbər verdiyimiz kimi, may ayında oğurlanmış erməni hərbçilərinin təcili olaraq Azərbaycanda mühakiməsi aparılır. Məhkəmə Sumqayıtda keçirilir. Ermənistan hərbçiləri bir sıra maddələrlə ittiham olunurlar.
Azərbaycan mətbuatında dərc olunan yazılara əsasən, Ermənistan hərbi qulluqçuları bəyanatlar verməyə məcbur olublar. Bəyanatlar “Azərbaycanı düşmən ölkə hesab etməmələri” və “etdikləri əməllərə görə peşman olmaları” ilə bağlıdır. İş üzrə növbəti məhkəmə iclası iyulun 5-nə təyin edilib.
Xatırladaq ki, hərbçilər may ayında Ermənistan ərazisinə hücum edən azərbaycanlı diversiya qrupu tərəfindən oğurlanıb.







