“Shell” şirkəti artıq Ermənistandadır

“Shell” şirkəti artıq Ermənistandadır.
“Shell brendi öz iş mədəniyyəti və standartları ilə təbii olaraq Ermənistanda yanacaqdoldurma məntəqələri sahəsində göstərilən xidmətlərə tələbi dəyişəcək və nəticədə biz artıq bütün Ermənistan səviyyəsində keyfiyyət dəyişikliyinin şahidi olacağıq”,- deyə Vahan Kerobyan bildirdi.
Shell 70-dən çox ölkədə 90 000-ə yaxın işçisi olan qlobal enerji və neft-kimya şirkətləri qrupudur. Dünya üzrə 46 000-dən çox stansiya və 80-ə yaxın bazarda mövcudluğu ilə Shell mobil pərakəndə satışda da dünya lideridir.
“Biz daim şəbəkəmizi genişləndirmək istəyirik və perspektivli ölkələrə baxırıq. Ermənistan perspektivlidir, çünki istehlakçılar yüksək keyfiyyətli yanacağa üstünlük verirlər və tərəfdaşımız Royal Oil MMC ilə əməkdaşlıq edərək biz bunu reallığa çevirə bilirik, bununla da bazarı genişləndiririk”, – deyə Shell Brands International AG Lisenziyalı Bazarların Baş Meneceri Kaya-Uve Vittershteyn bildirdi.
Shell brendinin Ermənistandakı lisenziyalı nümayəndəsi “Royal Oil” MMC-dir. Şirkətin direktorlar şurasının sədri əmin edir ki, brendin Ermənistana daxil olması böyük işin yalnız başlanğıcıdır.
““Royal Oil” yaxın 5 ildə bütün ölkə üzrə “Shell” markalı 25-ə yaxın yanacaqdoldurma məntəqəsi açacaq”,- deyə Gevorg Harutyunyan bildirdi.
Yanacaq ilkin olaraq Shell neft emalı zavodları və ya digər tərəfdaşlıqları olan Rumıniya və Yunanıstandan idxal ediləcək. Gələcəkdə əməkdaşlığın coğrafiyası genişlənərək digər Avropa dövlətlərini də əhatə edəcək.







