BaşlıcaSiyasət

Dövlət Departamenti: ABŞ Ermənistan ilə Azərbaycan arasında sülh razılaşması üçün işləri davam etdirəcək

ABŞ Azərbaycan və Ermənistanla sülh razılaşması əldə etmək üçün işləri davam edəcək.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller brifinqdə bildirib

“Hər iki ölkə ilə birbaşa əlaqə saxlamışıq. Xüsusi elçi Lui Bono keçən həftə bölgəyə səfər edib və tərəflərlə birbaşa əlaqə yaradıb. Hesab edirik ki, bu məsələnin tərəfi olmayan digər ölkələrin hər hansı şərhinə baxmayaraq, sülh razılaşması əldə edilə bilər və buna nail olmaq üçün tərəflərlə işləməyə davam edəcəyik”, – deyə o qeyd edib.

Moskvadan Ermənistan-Azərbaycan sülh sazişinin imzalanmasını “süni” sürətləndirmək cəhdləri ilə bağlı açıqlamalara toxunan Miller deyib: “Söhbət Ermənistan və Azərbaycandan gedirsə, Rusiya barədə danışmaq istəmirəm. Mən bilavasitə əlaqəli olan, bu mübahisədə birbaşa tərəf olan iki ölkə haqqında danışmaq istəyirəm”.

Daha çox göstər
Back to top button