BaşlıcaBeynəlxalq
Cim Mak Govern: “ABŞ Prezidenti Azərbaycan üzərinə bütün təsir rıçaqlarından istifadə etməlidir”

ABŞ Prezidenti Co Bayden Laçın dəhlizinin blokadasına son qoymaq üçün Azərbaycan üzərinə bütün təsir rıçaqlarından, o cümlədən hərbi yardımın dayandırılmasından istifadə etməlidir.
Bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Cim Makqovern özünün X (Twitter) mikrobloqunda yazıb.
“Azərbaycanın işğal etdiyi Dağlıq Qarabağda erməni əhalisinin ərzaq, su və dərman təminatının qarşısının alınması beynəlxalq hüququn pozulmasıdır” – deyərək konqresmen öz postunda qeyd edib.







