BaşlıcaSiyasət

BCM-nin keçmiş prokuroru:  “DQ-da ermənilərin soyqırımının dayandırılması önəmli məsələdir”

Artıq Dağlıq Qarabağda “Soyqırımın qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın II maddəsinə uyğun olaraq soyqırım həyata keçirilir.

İndi əsas vəzifə Laçın dəhlizinin blokunu açmaqla bunun qarşısını almaqdır. Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okampo Twitter-də Dağlıq Qarabağdakı vəziyyəti yenidən şərh edərkən yazıb.

Bundan öncə Okampo öz qənaətini dərc edərək, Laçın dəhlizinin bağlanmasını Dağlıq Qarabağ ermənilərinin soyqırımı adlandırıb.

BCM-nin keçmiş prokuroru yeni yazısında xatırladıb ki, Soyqırım Konvensiyasında iştirak edən 153 dövlət soyqırımın qarşısının alınması və onun cəzalandırılması öhdəliyinə sadiqdir.

Həmin ölkələr arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan dövlətlər (Rusiya, ABŞ, Fransa) var.

Bu kontekstdə o qeyd edib ki, Ermənistan Dağlıq Qarabağ vəziyyəti ilə bağlı növbədənkənar sessiyanın keçirilməsi xahişi ilə BMT Təhlükəsizlik Şurasına müraciət edib.

Okampo onu da qeyd edib ki, Soyqırımı Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması Konvensiyasında soyqırım cinayəti təfərrüatlı şəkildə, o cümlədən “onun tam və ya qismən fiziki məhv edilməsi üçün nəzərdə tutulmuş hər hansı qrup üçün qəsdən yaşayış şəraitinin yaradılması” kimi müəyyən edilib.

Beləliklə, o, aydınlaşdırıb ki, soyqırımı təkcə insanların kütləvi şəkildə məhv edilməsi deyil, həm də onların kütləvi şəkildə öldürülməsinə şərait yaradılması hesab edilə bilər.

Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokurorunun dediyi kimi, ərzaq, dərman və digər həyati ləvazimatların çatdırılması üçün yeganə azad dəhlizin tam blokadaya alınması nəticəsində Dağlıq Qarabağda yaşayan ermənilər üçün artıq belə şərait yaradılıb.

Onun sözlərinə görə, soyqırımın digər formalarının, məsələn, kütləvi qətllərin və ya fiziki və mənəvi şikəstliyin qarşısını almaq hələ də mümkündür

Daha çox göstər
Back to top button