
Biz Fransa prezidentindən BMT Təhlükəsizlik Şurasında Laçin dəhlizinin blokadadan çıxarılmasına və beynəlxalq mühafizə altına alınmasına imkan verəcək qətnamənin qəbuluna nail olmasını tələb edirik. Bu barədə Fransa Senatının üzvü Bruno Retayo Artsax prezidenti ilə onlayn keçirilən birgə mətbuat konfransında bildirib.
“Bizim Ermənistana səfər etməyimizin birinci səbəbi odur ki, indi faciə baş verir. Bu gün baş verənlər Artsaxı həbsxanaya və hətta açıq havada yerləşən konsentrasiya düşərgəsinə çevirir.
Soyqırımı və etnik təmizləmə cəhdi 120 min insana, o cümlədən 30 mini uşaqlara qarşı yönəlib. Yaradılmış vəziyyət açıq şəkildə “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın ikinci maddəsinə uyğundur. Vəziyyət çox sadədir. İndi şikayətlərin, bəyanatların vaxtı deyil.
Biz burada erməni dostlarımıza heç nəyi unutmadığımızı demək üçün gəlmişik. Bizi tarixi bağlar və ümumi dəyərlər birləşdirir”, – o bildirib.







