BaşlıcaSiyasət

Blinken:  “ER  ilə  Azərbaycan arasında istənilən sülh sazişi DQ əhalisinin hüquqlarını və təhlükəsizliyini qorumalıdır”

ABŞ Dövlət Departamenti dövlət katibi Entoni Blinkenin bəyanatını yayıb və o, Ermənistan və Azərbaycan arasında istənilən sülh sazişinin Dağlıq Qarabağ əhalisinin hüquqlarını və təhlükəsizliyini qorumalı olduğunu vurğulayıb.

ABŞ həmçinin Bakı və Dağlıq Qarabağ əhalisi arasında dialoqu təşviq edir.

Aldığımız məlumata görə, elanda deyilir:  “ABŞ Dağlıq Qarabağda humanitar vəziyyətin sürətlə pisləşməsindən dərin narahatdır.

Qeyd edirik ki, humanitar yüklər həm Laçın, həm də Ağdam marşrutlarının yaxınlığında yerləşir və çağırışımızı bir daha təkrar edirik.

Dağlıq Qarabağın kişi, qadın və uşaqlarına çox ehtiyac duyulan humanitar yüklərin çatdırılmasını təmin etmək üçün hər iki dəhlizin dərhal və eyni vaxtda açılmasıçağırışını  bir  daha təkrar eidrik.

 Biz həmçinin liderləri gərginliyi artıran və ya bu məqsəddən yayındıran hər hansı hərəkətdən çəkinməyə çağırırıq. Mübahisələrin həlli üçün gücdən istifadə yolverilməzdir.

Cənubi Qafqazda son vaxtlarda  gərginliyin artması fonunda Birləşmiş Ştatlar ləyaqətli və davamlı sülhə nail olmaq naminə Ermənistan və Azərbaycanın həll edilməmiş məsələləri birbaşa dialoq yolu ilə həll etmək səylərini qətiyyətlə dəstəkləməyə davam edəcək.

Biz bir daha bildiririk ki, Ermənistan və Azərbaycan arasında istənilən sülh sazişi Dağlıq Qarabağ xalqının hüquqlarını və təhlükəsizliyini qorumalıdır. Biz həmçinin Bakı əhalisi ilə Dağlıq Qarabağ arasında dialoqu təşviq edirik.

Birləşmiş Ştatlar həmçinin təsdiq edir ki, irəliyə doğru yeganə yol sülh, dialoq və Ermənistan və Azərbaycan arasında bir-birinin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında münasibətlərin normallaşdırılmasıdır”.

Daha çox göstər
Back to top button