
ABŞ və Ermənistan qoşunlarının birgə hərbi təlimləri adi xarakter daşıyır və Yerevanla Bakı arasındakı gərginliklə heç bir əlaqəsi yoxdur. Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller bildirib.
O qeyd edib ki, ABŞ 2003-cü ildən Ermənistanla təhlükəsizlik sahəsində əməkdaşlıq edir. O qeyd edib ki, son məşqlər “heç bir başqa hadisələrlə əlaqəli olmayan müntəzəm məşqlərdir”.
Qeyd edək ki, 10 günlük “Artsiv partnyor-2023” hərbi təlimlərində 85 amerikalı və 175 erməni hərbçisi iştirak edir. Təlimin məqsədi Ermənistan hərbçilərini beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlamaqdır.







