
Rusiyaa Ermənistanın KTMT ilə yox, ABŞ-la birgə təlimlər keçirməsini təhlil ecədək. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirdi.
“Ermənistanın KTMT ilə təlimlər keçirmək istəyini ifadə etməməsi və amerikalılarla təlimlər təşkil etmək istəyini bəyan etməsi çox dərin təhlil tələb edən qərarlardır. Təhlil edilməlidir ki, Yerevan niyə məhz belə qərarlar verdi, hansı məqsədlər güddü”.
O vurğulayıb ki, Moskva “bunu anlamağa çalışacaq”.
“Lakin istənilən halda biz bütün bunları erməni tərəfi ilə sıx, tərəfdaşlıq dialoqu zamanı edəcəyik”, – deyə Peskov bildirib.







