BaşlıcaSiyasət

ER Baş naziri “POLITICO” jurnalına müsahibə verib: “Biz artıq Rusiyaya arxalana bilmərik ki, bizi müdafiə etsin”

Ukrayna münaqişəsi göstərir ki, Azərbaycanla açıq münaqişəyə qayıtmaq qorxusu artsa da, Ermənistan artıq öz təhlükəsizliyinin təminatçısı kimi Moskvaya arxalana bilməz.

Alınan məlumata görə, bu haqda Ermənistanın Baş naziri Nikol Paşinyan POLITICO-ya müsahibəsində deyib.

Mətbunun yazdığına görə, Paşinyanın Rusiyanın Qafqazda polis kimi fəaliyyət göstərə bilməməsi ilə bağlı kəskin tənqidi fikirlər yalnız Kremlin təsirini itirməkdə olduğu və Moskvanın bir vaxtlar öz sferası hesab etdiyi keçmiş sovet respublikalarında bir vaxtlar fəxr etdiyi fövqəldövlət statusundan məhrum olduğu hissini gücləndirir.

POLITICO-nun fikrincə, Yerevanda olan bədbinlik Sovet İttifaqının dağılmasından sonra dəmir yollarının, enerji sektorunun və hətta sərhədlərinə nəzarətin böyük hissəsini Rusiyaya həvalə etmiş 2,8 milyonluq ölkə üçün böyük dönüş nöqtəsi ola bilər.

2020-ci ildə Ermənistan Türkiyənin dəstəklədiyi daha güclü Azərbaycan qoşun birləşmələrinə qarşı 44 günlük müharibə apardı

 Münaqişə hər tərəfdən minlərlə insanın ölümünə səbəb oldu və Rusiya sülhməramlıları Dağlıq Qarabağda atəşkəsi qorumaq üçün yerləşdirildi.

İndi Rusiya Ukrayna ilə müharibəyə tam cəlb olunduğundan Yerevanda Rusiya ordusunun Qafqazda sülhü qorumağa hazır olub-olmaması ilə bağlı qorxular artır.

Bu, ciddi narahatlıq doğurur, çünki Ermənistanın Dağlıq Qarabağ uğrunda Azərbaycanla yenidən döyüşə başlaya biləcəyi üçün hər cür təhlükə var.

“Ukraynada baş verən hadisələr nəticəsində Rusiyanın imkanları dəyişib” – deyən Paşinyan Moskvanın Ukrayna müharibəsindən əvvəl Kreml üçün strateji əhəmiyyət kəsb edən Azərbaycan və onun yaxın müttəfiqi Türkiyəni özündən uzaqlaşdırmaqdan çəkindiyini etiraf edib.

“Bizim strategiyamız bu vəziyyətdə başqalarından asılılığımızı mümkün qədər azaltmağa çalışmaq olmalıdır.

Biz müstəqil ölkəyə, suveren ölkəyə sahib olmaq istəyirik, lakin iki ölkə arasında münaqişələrin mərkəzində olmamaq üçün yollarımız olmalıdır.

Qərb və Şərq, Şimal və Cənub toqquşmalar mərkəzində …Elə bir hal ola bilməz ki, Ermənistan “proksi”yə çevrilsin.

Bu,icazəverilməzdir. Qonşularımızla problemimiz olan model, hansıyla ki, başqalarını bizi qorumağa dəvət etməli olduğumuz modeldir. Onun kim olmasının fərqi yoxdur, o, çox həssas modeldir” – deyə Baş nazir POLITICO-dan sitat gətirib.

Daha çox göstər
Back to top button