
Ermənistan Milli Təhlükəsizlik Xidməti çoxlu sayda döyüşçünün Ermənistana gəlməsi ilə bağlı “Vaqner”in nəşrlərini yoxlayır.
Alınan məlumata görə, bu haqda Ermənistanın Baş naziri Nikol Paşinyan Parlamentdə hökumətlə sual-cavab iclasında “Hayastan” fraksiyasının deputatı Aqnesa Xamoyanın sualına istinadən bildirib.
Deputat qeyd edib ki, ER Milli Təhlükəsizlik Xidmətinin “Vaqner”iləri axtarması barədə məlumatlar yayılır.
“Ermənistan Respublikasının hüquq-mühafizə orqanları mətbuatda dərc olunan yazılara cavab verməyə borcludurlar. Bildiyimə görə, Telegram kanallarında belə bir nəşr olub. MTX öz yurisdiksiyasında dərc olunmuş məlumatları yoxlayır. Orada da qeyri-adi heç nə yoxdur”-deyə o, qeyd edib.
Deputatın Rusiya Federasiyasının Ermənistanda inqilab edə biləcəyindən qorxub-qorxmadığı sualına dönən Baş nazir cavab verib ki, Ermənistanda inqilabı yalnız Ermənistan xalqı edə bilər və Ermənistan xalqı artıq o inqilabı edib.
“Telegram” kanallarında guya Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin xeyli sayda döyüşçüsünün Ermənistana gəldiyi və yerli qüvvələrin dəstəyi ilə hakimiyyətə qarşı döyüşməyə hazırlaşdığı barədə məlumat yayılıbdır.







