
Azərbaycan və Dağlıq Qarabağ Rusiya sülhməramlılarının vasitəçiliyi ilə hərbi əməliyyatların tam dayandırılması barədə razılığa gəliblər, Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.
“Azərbaycan tərəfi ilə Dağlıq Qarabağın nümayəndələri arasında Rusiya sülhməramlı kontinqentinin komandanlığının vasitəçiliyi ilə hərbi əməliyyatların tam dayandırılması barədə razılıq əldə olunub. Qeyd olunan tədbirlərin həyata keçirilməsi Rusiya sülhməramlı qoşunlarının komandanlığı ilə razılaşdırılaraq həyata keçiriləcək”, – deyə agentlik bildirib.
Qeyd olunub ki, Rusiya sülhməramlı qoşunları Dağlıq Qarabağda vəziyyətin gərginləşdiyi şəraitdə öz funksiyalarını yerinə yetirməkdə davam edir.
“Dağlıq Qaranağın mülki əhalisinə hər cür köməklik göstərilir. Hazırda sülhməramlıların həkim briqadasının da yerləşdiyi baza düşərgəsində 1049-u uşaq olmaqla 2261 mülki şəxs var.
Rusiya sülhməramlı qoşunlarının komandanlığı Azərbaycan və Ermənistan tərəfləri, Dağlıq Qarabağın nümayəndələri ilə sıx təmasdadır.
Qan tökülməsinin yolverilməzliyi, mülki əhaliyə münasibətdə humanitar hüquq normalarına riayət olunması, həmçinin Rusiya sülhməramlı qoşunlarının təhlükəsizliyi məsələsi müzakirə olunur”.







