BaşlıcaSiyasət

İranın BQ rəisi “Ermənistanla Azərbaycan arasında müharibənin davam etdirilməsi üçün heç bir əsas olmayacaq”

İran İslam Respublikasının Baş Qərargah rəisi general-mayor Məhəmmədhüseyn Baqiri Cənubi Qafqaz regionunda baş verən son hadisələrə və Ermənistan-Azərbaycan münasibətlərinə toxunub.

İran Silahlı qüvvələrinin Baş Qərargah rəisinin sözlərinə görə, Tehran Ermənistan və Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanmasına hörmətlə yanaşır və qiymətləndirir.

“Bu, bizim iki ölkənin rəsmiləri ilə görüşlərimiz və danışıqlarımız zamanı vurğuladığımız məsələdir. Ona görə də ümid edirik ki, tam sülhə nail olmaqla, Qafqaz regionu coğrafi və geosiyasi sərhədləri dəyişdirmədən sülhün və yenidənqurmanın şahidi olacaq.

Bundan sonra müharibənin davam etdirilməsinə heç bir bəraət qazandırılmayacaq” – deyə “Mehrnews” Məhəmməd Hüseyn Baqeridən sitat gətirib.

Daha çox göstər
Back to top button