
Oktyabrın 9-da Cenevrədə ER xarici işlər nazirinin müavini Vahe Gevorgyan ABŞ dövlət katibinin əhali, qaçqınlar və miqrasiya məsələləri üzrə müavini Culieta Vals Noyes ilə görüşüb.
ER Xarici İşlər Nazirliyindən “Armenpress”ə verilən məlumata görə, Vahe Gevorgyan dövlət katibinin müavininə Azərbaycanın Dağlıq Qarabağ xalqına qarşı apardığı etnik təmizləmə siyasətini, insan hüquqlarının kütləvi şəkildə pozulması və cinayətlərini təqdim edib.
Mənbəyə görə, Dağlıq Qarabağdan olan qaçqınların beynəlxalq müdafiəsi və dəstəklənməsi məsələlərinin geniş spektri müzakirə olunub.







