
AB-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar özünün X səhifəsində yazıb:
“Mən Bakıdan və Yerevandan qayıtdım, orada hərtərəfli nizamlanma istiqamətində növbəti addımları müzakirə etdim.
Ermənistan və Azərbaycanın müsbət və razılaşdırılmış gündəliyə riayət etməsi olduqca vacibdir. Bu əməkdaşlığın ayın sonunda Brüsseldə keçiriləcək yüksək səviyyəli görüşdə təsdiqlənəcəyini gözləyirik”.







