BaşlıcaSiyasət

Azərbaycan prezidenti vaxt tapmadığı üçün Brüsseldə görüş baş tutmayacaq: Mirzoyan

Azərbaycan prezidenti vaxt tapmadığı üçün Brüsseldə görüş baş tutmayacaq. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan oktyabrın 25-də Kanadanın xarici işlər naziri ilə birgə mətbuat konfransında deyib.

“Biz hələ də görüşə hazırıq. Ümid edirəm ki, səbəb həqiqətən vaxt azlığıdır. Görüş üçün yeni tarixlər təyin etmək imkanı olacaq. Ermənistan görüşə hazırdır, dediyim kimi, biz sülh gündəliyinə sadiqik”, – Mirzoyan vurğulayıb.

O əlavə edib ki, Qranadanın bəyanatında ümumilikdə yeni heç nə yoxdur, iyulda keçirilən üçtərəfli görüşdən sonra səslənən prinsiplər təkrarlanıb və bundan sonra Azərbaycan və Ermənistan tərəfindən heç bir etiraz olmayıb.

“İki gün əvvəl Tehranda qeyri-rəsmi təmaslarımız olub və Ermənistan sülh prosesini, o cümlədən sülh müqaviləsinin əldə edilməsi istiqamətində səylərini davam etdirməyə hazırdır. Bizim yanaşmalarımız bəllidir”, – deyən Mirzoyan əlavə edib.

Daha çox göstər
Back to top button