
Ruben Rubinyan ABŞ dövlət katibinin Cənubi Avropa və Qafqaz üzrə müavinini qəbul edib
Oktyabrın 25-də parlamentin sədr müavini Ruben Rubinyan ABŞ dövlət katibinin Cənubi Avropa və Qafqaz üzrə müavini Coşua Huku qəbul edib.
Bu haqda ER parlamentinin mətbuat xidmətindən məlumatlandırılıb.
Ruben Rubinyan qonağı salamlayaraq, Ermənistan-Amerika əməkdaşlığının möhkəmləndiyini vurğulayıb.
Tərəflər regiondakı vəziyyəti müzakirə edərək, sabitliyin və sülhün dərhal bərqərar olmasının vacibliyini vurğulayıblar.







