BaşlıcaSiyasət

Dünyanın ən güclü orduya  malik ölkələrin siyahısı açıqlanıb

Amerikanın “US News & World Report” jurnalının reytinq cədvəlində Rusiya ən güclü silahlı qüvvələri olan ölkələr siyahısında birinci yeri tutub.

 Reytinqdə ikinci yeri ABŞ, üçüncü yeri isə Çin tutub. Reytinqdə İsrail dördüncü, Cənubi Koreya isə beşinci yerdə qərarlaşıb. Reytinqdə altıncı yeri Ukrayna tutub.

Nəşrin məlumatına görə, ölkələrin ordularının gücü qlobal sorğu iştirakçılarının rəyləri əsasında qiymətləndirilib. Bu meyar US News & World Report-un “Güc” altkateqoriyasında ən yaxşı ölkələrin ümumi reytinqi tərtib edilərkən nəzərə alınıb.

Ən güclü silahlı qüvvələrə malik ilk 10 ölkə arasında İran, Böyük Britaniya, Almaniya və Türkiyə də var.

“US News & World Report”un məlumatına görə, ən yaxşı ölkələrin ümumi reytinqində ilk üçlükdə İsveçrə, Kanada və İsveç qərarlaşıb.

Reytinq martın 17-dən iyunun 12-dək dünyanın müxtəlif ölkələrindən olan 17 min respondentin cavabları əsasında tərtib edilib. Ölkənin 73 atributunun müəyyən edildiyi bildirilir.

Daha çox göstər
Back to top button