BaşlıcaSiyasət

Nazir müavini: “Rusiyanın Kapanda Baş Konsulluğunun yaradılmasının da siyasi aspekt durur”

Ermənistan Xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan Rusiyanın Kapanda, Sünikbölgəsində  baş konsulluq açmaq qərarında siyasi komponent olaraq görür.

Alınan məlumata görə, bu haqda  Paruyr Hovhannisyan parlamentdə jurnalistlərlə söhbətində Kapanda konsulluğun açılmasının hansı mesajı ehtiva etməsi ilə bağlı sualı cavablandırarkən  qeyd edib.

“Bütün ölkələr tərəfindən  mesaj eynidir: müxtəlif şəraiti nəzərə alaraq təmsil olunmaq. Ölkələr icmanı, iqtisadi maraqları, siyasi maraqları nəzərə alaraq konsulluq açır. Vəziyyət İranda olduğu kimi  eynidir”-  deyərək Hovhannisyan bildirib.

Nazir müavini Fransanın da bunu açıqladığını, eyni şəkildə digər ölkələrdən də diqqətin artacağına inandığını bildirib.

“Baş konsulluğun yaradılması həm də siyasi komponenti ehtiva edir. Amma burada mərkəzləşdirilməmiş əməkdaşlıqdan, iqtisadi maraqlardan, müvafiq enerji və mümkün nəqliyyat layihələrindən söhbət gedir.

Mütləq siyasi komponent var. Bu, o deməkdir ki, bu və ya digər regionda maraq var. Busa, maraq əlamətidir” – deyə Hovhannisyan bildirib.

Rusiya hökuməti Kapanda baş konsulluğun açılması proqramını təsdiq  edib.

Daha çox göstər
Back to top button