BaşlıcaSiyasət

Azərbaycan YUNESKO-nun vitse-prezidentidir:  “Mədəniyyət  təcavüzkarı, mədəniyyət keşikçisi”

Parisdə YUNESKO-nun baş konfransının 42-ci sessiyası öz işinə başlayıb. Onun çərçivəsində qurumun yeni sədri və sədr müavininin seçkiləri keçirilib.

Azərbaycan YUNESKO-nun baş konfransının sədr müavini seçilib. Fransanın nüfuzlu “Le Figaro” jurnalının direktor müavini Jan-Kristof Buision bu seçimi biabırçılıq adlandırıb.

Erməni ekspertlər də hesab edirlər ki, YUNESKO öz missiyasından yayınıb və Artsaxın erməni irsini məhv etdiyi əmələ göz yumur və  Azərbaycançün sanki  yaşıl işıq yandırır.

44 günlük müharibədən sonra Azərbaycanın nəzarətinə keçmiş ərazilərdə erməni mənəvi və tarixi-mədəniyət irsinin qorunması məsələsi Ermənistan və beynəlxalq ictimaiyyəti narahat edən məsələyə çevrilib.

Buna baxmayaraq, YUNESKO Parisdə keçirilən baş konfransın 42-ci sessiyasının vitse-prezidenti vəzifəsinə məhz Azərbaycan nümayəndəsini seçib.

Fransanın nüfuzlu “Le Figaro” jurnalının direktor müavini Jan-Kristof Buisson X platformasında yazaraq bu faktı biabırçılıq kimi qiymətləndirib:

Bununlla belə, YUNESKO Parisdə keçirilən Baş Konfransın 42-ci sessiyasının sədr  müavini kimi  Azərbaycanın nümayəndəsini seçdi.

Fransanın nüfuzlu “Le Figaro” nəşrinin direktor müavini Jan-Kristof Buisson X platformasında bu faktı biabırçılıq adlandırıb: “YUNESKO azərbaycanlıların 9 aylıq blokadasını pisləməyi məqsədəuyğun saymadı. Erməni uşaqlarının məktəbə getməsinə qadağa qoyulur”. İndi də Azərbaycanı Baş Konfransının  sədr müavini vəzifəsinə seçir. Ayıbdır, çox ayıb”.

“Azərbaycanın Ermənilər Assambleyası” İctimai təşkilatının sədri  Qriqori Ayvazyan Naxiceçıvanda erməni Xaçkarlarının məhv edilməsindən tutmuş Ramil Səfərovun qəhrəmanlığına qədər Azərbaycanın mədəniyyət  soyqırımı və faşizm təbliğatı ilə bağlı bir çox faktları xatırladır.

Azərbaycanın bu siyasəti açıq-aydın dəyişməyib, hətta bunu onlar gizlətmirlər, ona görə də YUNESKO öz addımı ilə Ayvazyanın ifadəsində Azərbaycanın mədəniyyət  soyqırımı siyasətinə yaşıl işıq yandırmış olur.

 “ Hətta xeyir-dua verir və qanuniləşdirir, əslində ortaq olur. Təbii ki, bu cinayətkar rejimin nümayəndəsinin belə mühüm əsas təmsilçi vəzifəyə seçilməsi Artsaxın tarixi-mədəniyyət  irsinin qorunub saxlanmasına töhfə verməyəcək.

Söhbət həm maddi, həm də qeyri-maddi mədəniyyətdən gedir.

Onlar şərik olacaqlar, amma bu qan, bu günah onlardan heç vaxt yuyulmayacaq və onsuz da zədələnmiş reputasiyalarını tamamilə ləkələyəcəklər”.

Hələ ötən il noyabrın 20-də YUNESKO-nun baş direktoru Odri Azule Artsax abidələrinin qorunmasının zəruriliyini və onların şəxsiyyətini təhrif etmək cəhdlərinin yolverilməzliyini elan etmişdi.

O, bölgəyə missiya göndərməyi də təklif edib. Lakin Azərbaycan YUNESKO missiyasının Artsaxa daxil olmasına icazə vermədi.

Bu, elə həmin ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevanın UNESCO-nun xoşməramlı səfiri olduğu haldadır. YUNESKO-nun baş direktoru Odri Azule də bir il əvvəl verdiyi bəyanatda qeyd edib.

   “YUNESKO-nun fəaliyyətinə mane olmaq Azərbaycanın “tolerant və multicultural” kimi saxta imicinin ifşasının son nümunəsinə çevrilib.

Artıq beynəlxalq ictimaiyyəti çaşdırmaq mümkün deyil, Azərbaycan hakimiyyətinin mədəniyyət  soyqırımı siyasəti artıq məlum faktdır.

   “Müxtəlif beynəlxalq təşkilatların, istər YUNESKO-nun, istərsə də hər kəsin gözü qarşısında Artsax ermənilərinin başına gələnlər, hər hansı bir məsələni həqiqətə uyğun şərh etmək onların ixtiyarında olmayanda dünyanın kor olduğunu sübut edir.

Məsələ burasındadır ki, çoxsaylı ianələr nəticəsində beynəlxalq təşkilatlar, o cümlədən YUNESKO cinayətkar rejimlərdən söhbət gedəndə belə, bir çox şeylərə göz yumur.

Aydındır ki, Azərbaycan öz müvəqqəti himayədarlığı altında olan bütün ərazilərdə erməni tarixi irsini məhv edir.  Belə ki, söhbət təkcə Artsaxdan getmir”.

Azərbaycanın sədrliyi ilə 42-ci sessiya çərçivəsində YUNESKO-nun ümumi siyasətinin müzakirəsi keçiriləcək. Baş Konfransın 42-ci sessiyası noyabrın 22-dək davam edəcəkdir.

Daha çox göstər
Back to top button