BaşlıcaEkonomika

Dağlıq Qarabağdan məcburi köçkünlərin pensiyası üçün ER dövlət büdcəsinə 30 milyard dram əlavə olunacaq: Maliyyə naziri

2024-cü ildə Ermənistanın dövlət büdcəsinə Dağlıq Qarabağdan məcburi köçkünlərin pensiya və müavinətləri üçün 30 milyard dram əlavə olunacaq. Bu barədə ER maliyyə naziri Vahe Hovhannisyan noyabrın 8-də maliyyə, kredit və büdcə məsələləri üzrə daimi komissiyanın iclasında ER 2024-cü il dövlət büdcəsi layihəsini təqdim edərək bildirib.

Nazirin sözlərinə görə, Dağlıq Qarabağdan məcburi köçkünlər üçün xərclər 2024-cü ilin dövlət büdcəsi layihəsinə daxil edilməyib, çünki ER hökuməti büdcəni sentyabrın sonunda, deportasiyadan əvvəl təsdiqləyib.

“O günlərdə bizim yeni proqramlar hazırlamağa vaxtımız yox idi, çünki insanların sayı və onların vəziyyəti ilə bağlı dəqiq mənzərə yox idi. Ona görə də qərara gəldik ki, büdcənin ikinci oxunuşu zamanı bu əlavə xərcləri təqdim edək. İlkin məlumat kimi demək istərdim ki, ikinci oxunuşun müzakirəsi zamanı biz pensiya və müavinətlərin xərclərini daxil edəcəyik ki, bu da bizim pensiya xərclərimizi təxminən 30 milyard dram artıracaq”, – nazir bildirib.

Bundan əlavə, ER hökuməti həmçinin əmək qabiliyyətli yaşda olan insanlar üçün təlim və məşğulluq proqramlarını, habelə mənzil təminatı proqramlarını həyata keçirməyi planlaşdırır.

Onun sözlərinə görə, bütün bunlar işlənmə mərhələsindədir.

Daha çox göstər
Back to top button