BaşlıcaSiyasət

Əliyevin nümayəndəsi bəyan edib ki, “Ermənistan Azərbaycana qarşı diplomatik müharibəyə başlayıb”

Azərbaycan prezidenti İlham Əliyevin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İtaliyanın “Adnkronos”  xəbər agentliyinə müsahibəsində bildirib ki, “sülh sazişinin müsbət nəticəsi Ermənistan hökumətinin səmimiyyətindən asılı olacaq”. Onun sözlərinə görə, bir tərəfdən erməni tərəfi sülh sazişi üzərində işi başa çatdırmaq istəyi barədə danışır, digər tərəfdən isə  “Azərbaycana qarşı diplomatik müharibəyə başlayıb”.

“Son günlərdə İtaliyaya səfər edən Ermənistan hakimiyyətinin nümayəndələri müxtəlif beynəlxalq platformalardan, məsələn, BMT Təhlükəsizlik Şurası, Avropa Parlamenti və hətta Avropa İttifaqının özündən belə sui-istifadə edir. Bununla da rəsmi Yerevan həm bütün maraqlı tərəflərin diqqətini sülhə aparan əsas yoldan yayındırır, həm də prosesi dalana dirənmiş hala gətirir. Yekun razılığa gəlmək üçün Ermənistan artıq üzərinə götürdüyü öhdəliklərə hörmət etdiyini, keçmişdə verdiyi vədləri yerinə yetirəcəyini nümayiş etdirməlidir. Düşünürəm ki, Ermənistan sülh sazişi layihəsi üzrə danışıqları bərpa etməlidir, lakin ən yüksək səviyyədə və müttəfiqlərinin köməyi ilə paralel istiqamətlərdə öz dar siyasi məqsədlərinə nail olmaq cəhdlərini dayandırmalıdır”.

Daha çox göstər
Back to top button